...

Almaniyanın Azərbaycandakı səfirliyi Alman Birliyi Gününü qeyd edib

Siyasət Materials 8 Oktyabr 2009 10:25 (UTC +04:00)
Almaniyanın Azərbaycandakı səfirliyi ölkənin milli bayramını - Alman Birliyi Gününü Bakının nüfuzlu otellərindən birində qeyd edib.
Almaniyanın Azərbaycandakı səfirliyi Alman Birliyi Gününü qeyd edib

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir E.Tarıverdiyeva/

Almaniyanın Azərbaycandakı səfirliyi ölkənin milli bayramını - Alman Birliyi Gününü Bakının nüfuzlu otellərindən birində qeyd edib.

"40 ildən sonra biz birləşdik və bizim millətimiz sülh yolunu seçdi", - Almaniyanın Azərbaycandakı səfiri Per Stankina qonaqlar qarşısında çıxış edərək bildirib.

Diplomat Almaniyanın Azərbaycan ilə əməkdaşlıq səviyyəsindən razı qaldığını bildirib və qeyd edib ki, qarşılıqlı səfərlər və danışıqlar ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı imkanlar yaradır.

Onun sözlərinə görə, Almaniya gələcəkdə də Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. "Azərbaycan və Almaniyanın müxtəlif sahələrdə - mədəniyyət, iqtisadiyyat və turizm sahələrində bir çox birgə maraqları var", - Stankina deyib.

Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri Ziyafət Əsgərov Azərbaycan Prezidenti İlham Əliyevin milli bayram münasibətilə təbrikini alman xalqına çatdırıb. Parlament üzvü qeyd edib ki, Almaniya ilə münasibətlərin inkişaf səviyyəsindən razıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti