...

Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsini qadağan etmək çətindir – parlamentin komitə sədri

Siyasət Materials 8 Oktyabr 2009 11:52 (UTC +04:00)
Azərbaycan Parlamentinin komitə sədri ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsinin çətin olduğunu düşünür.
Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsini qadağan etmək çətindir – parlamentin komitə sədri

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin komitə sədri ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsinin çətin olduğunu düşünür.

"Biz həmin qadağanı nəzərdə tutan layihəni parlamentdə qəbul etsək belə, onun icra mexanizmi mümkün olmayacaq", - cümə axşamı Trend -a Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

Trend -un arayışı: ABŞ-ın təxminən 40 ştatında, Avropa Birliyi ölkələrinin əksəriyyətində, Türkiyədə, Baltikyanı ölkələrdə ictimai yerlərdə siqaret çəkməyin məhdudlaşdırılması haqqında qanun qəbul olunub.

Rusiya, Ukrayna və Qazaxıstanda da bu qanunun tətbiqi nəzərdə tutulur.

Rəcəbli bildirib ki, Azərbaycanın reallıqlarına görə, həmin qanunun tətbiqi olduqca qəliz və çox müəmmalıdır.

"Ona görə də biz məsələni komitənin gündəliyinə çıxarmamışıq, sadəcə olaraq ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulmasını və mərasimlərin keçirilməsini nəzərdə tutan layihələr var. Amma bu o demək deyil ki, biz həmin layihələri Milli Məclisn payız sessiyasında müzakirəyə çıxaracağıq", - komitə sədri əlavə edib.

Onun fikrincə, Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsinin qarşısını almaq üçün ictimai qınaq daha yaxşı nəticə verə bilər.

"Biz istəyirik ki, layihədə həmin müddəa öz əksini tapsın. Cərimə məsələsinə gəldikdə, qaydaları pozan min nəfərdən birinə bunu tətbiq etmək olar. Biz cərimələnmənin kütləvi xarakter almasının ictimai yerlərdə siqaret çəkilməsinin qarşısını tam alacağını düşünmürük", - Rəcəbli vurğulayıb.

"Mərasimlər haqqında" qanun layihəsinin parlamentin müzakirəyə çıxarılmasının ləngiməsinə gəldikdə, Rəcəbli deyib ki, bizim millətin mentalitetinə qadağa yaraşmır. "Heç kimi zorla toyda musiqinin səsini qaldırmamağa, yaxud yas mərasiminin təmtəraqlı keçirilməməsinə məcbur etmək mümkün deyil. Biz ancaq nümunəvi toy məclisləri keçirib təbliğ etməklə uğur əldə bilərik", - komitə sədri qeyd edib.

Rəcəblinin fikrincə, bu iki qanun layihəsini qəbul edib onların icrasını rəsmi qurumlara həvalə etməklə uğur əldə etmək mümkün olmadığından hələ ki, layihələrin heç birinin payız sessiyasında müzakirəsi gözlənilmir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti