...

"Xəzər Ortaq Birliyi" yaradılmalıdır - Böyük Birlik Partiyasının sədri

Siyasət Materials 9 Oktyabr 2009 09:00 (UTC +04:00)
Türkiyənin müxalif Böyük Birlik Partiyasının sədri Yalçın Topçu "Xəzər Ortaq Birliyinin" yaradılması təklifi ilə çıxış edib.
"Xəzər Ortaq Birliyi" yaradılmalıdır - Böyük Birlik Partiyasının sədri

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir R.Hafizoğlu/

Türkiyənin müxalif Böyük Birlik Partiyasının sədri Yalçın Topçu "Xəzər Ortaq Birliyinin" yaradılması təklifi ilə çıxış edib.

"Regionda "Xəzər Ortaq Birliyinin" yaradılmasının vaxtıdır", - Topçu cümə axşamı Ankaradan telefonla Trend -a bildirib.

Topçunun sözlərinə görə, "Xəzər Ortaq Birliyinin" yaradılması o qədər də çətin məsələ deyil.

"Tarixə nəzər salsaq, Avropa İttifaqına üzv olan ölkələrin əsrlərdir bir-biri ilə müharibə apardığını görərik. Lakin Xəzər hövzəsində yaşayan ölkələrin isə demək olar ki, heç vaxt belə problemləri olmayıb", - o qeyd edib.

Topçu onu da bildirib ki, "Xəzər Ortaq Birliyinin" əsas tərkibini Azərbaycan və Orta Asiyanın türkdilli dövlətləri təşkil etməlidir.

"Xəzər Ortaq Birliyinə" gələcəkdə Rusiya və Ermənistan da qoşula bilər. Lakin Ermənistan ilk növbədə işğal altında olan Azərbaycan torpaqlarını azad etməli və Xocalıda törətdiyi soyqırımı qəbul etməlidir", - Topçu deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti