...

Gürcüstanın xarici işlər naziri Böyük Britaniyaya səfər edəcək

Siyasət Materials 12 Oktyabr 2009 10:40 (UTC +04:00)
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bu gün Böyük Britaniyaya ikigünlük səfərə yola düşüb. Gürcüstan XİN-in məlumat verdiyi kimi, oktyabrın 12-də Vaşadze Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend və Avropa məsələləri üzrə nazir, baronessa Qlenis Kinok ilə görüşlər keçirəcək.
Gürcüstanın xarici işlər naziri Böyük Britaniyaya səfər edəcək

Gürcüstan, Tbilisi, 12 oktyabr / Trend , müxbir N.Kirtsxaliya/

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bu gün Böyük Britaniyaya ikigünlük səfərə yola düşüb. Gürcüstan XİN-in məlumat verdiyi kimi, oktyabrın 12-də Vaşadze Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend və Avropa məsələləri üzrə nazir, baronessa Qlenis Kinok ilə görüşlər keçirəcək.

Həmin gün Gürcüstan və Böyük Britaniya xarici işlər nazirlərinin direktorlar səviyyəsində ikitərəfli məsləhətləşmələri keçiriləcək.

Oktyabrın 13-də Gürcüstanın xarici işlər naziri "kölgə xarici işlər naziri", parlament üzvü Uilyam Heyq və müdafiə komitəsinin sədri Ceyms Arbatnot ilə görüşəcək.

Görüş çərçivəsində Britaniya KİV-nin nümayəndələri ilə görüşlər planlaşdırılıb, Vaşadze "The Economist", "The Times", "The Financial Times" qəzetlərinə müsahibə verəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti