Azərbaycan, Bakı, 12 oktyabr / Trend , müxbir M.Əliyev/
Azərbaycan İtalyanın Genuya şəhərində fəxri konsulluğunu açıb. Konsulluq İtaliya Respublikasının Liquriya, Pyemonte, Valle d`Aosta və Lombardiya regionlarını əhatə edəcək. Bu barədə Trend -a Azərbaycanın İtaliyadakı səfirliyindən bildirilib.
Azərbaycanın Genuyada fəxri konsulu İtaliyanın Azərbaycanda sabiq səfiri Marqarita Kosta təyin edilib.
Səfir Emil Kərimov açılış mərasimində İtaliyada Azərbaycanın ilk fəxri konsulluğunun açılmasının iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıb.