...

ATƏT Bakıda seçki müşahidəçiliyinə dair siyasi partiyalar üçün praktiki seminarlara başlayıb

Siyasət Materials 13 Oktyabr 2009 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/

ATƏT-in Bakı ofisi bu gündən seçki müşahidəçiliyinə dair siyasi partiyalar üçün praktiki seminarlara başlayıb.

Trend -un məlumatına görə, noyabrın 1-nə kimi Parlamentdə təmsil olunan 12 siyasi partiya təmsilçiləri Bakıda və 10 rayonda təşkil olunacaq seminaralarda iştirak edəcək. Tədbirin əsas məqsədi siyasi partiya təmsilçilərini ATƏT-in demokratik seçkilərə dair öhdəlikləri, müvafiq müşahidə metodologiyaları, bu sahədə mövcüd olan beynəlxalq təcrübələr və partiya müşahidiçilərinin seçki prosesinə müdaxiləsinin qarşısını alınmasına dair təlimatlar haqqında məlumatlandırmaqdır.

Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək.

ATƏTin Bakı ofisin rəhbəri səfira Əli Bilge Cankorel bildirib ki, bu günədək seçkilərlərlə bağlı məsələlərdə bəzi problemlərin olduğu meydana çıxıb.

"Problemlər əsasən siyasi partiyalar arasında dialoqun olmaması, seçki komissiyalarının təşkili ilə bağlı məsələ, hərbi personalın səs verməsi, icra başçılarının və icra orqanlarının seçki prosesinə müdaxiləsi, seçki kampanyası və seçki dövründə icra orqanlarının media fəaliyyətinə müdaxiləsi, bitərəf və partiyalı müşahidəçilərlə bağlı problemlərdir", - səfir deyib. Onun sözlərinə görə, noyabrın 1-nə qədər keçiriləcək seminarlarda bu 7 məsələ ilə bağlı müzakirələr aparılacaq.

Səfir deyib ki, bu cür partiyalararası seminarların keçirlməsi bütün siyasi qüvvələrin seçki prosesinə inamını artıracaq və regionlarda siyasi partiyaların təmsilçiləri arasında qarşılıqlı münasibətləri təşviq edəcək.

ATƏT-in Bakı ofisi uzunmüddətli və qısamüddətli birtərəf müşahidəçilər üçün də təlim sessiyalarını təşkil edəcək. Müşahidəçilərə ATƏT-in demokratik seşkilərə dair öhdəlikləri və Azərbaycanın seçki qanunu əsasında təlim keçiriləcək. Könüllü müşahidəçilər üçün isə qaynar xətt və hüquqi məsləhət xidməti yaradılacaq.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti