...

Azərbaycanda prokurorluq orqanlarına vakant yerlərə imtahanın vaxtı müəyyənləşib

Siyasət Materials 15 Oktyabr 2009 12:15 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən cümə axşamı Trend News-a verilən məlumata görə, 80 ştat vahidi üzrə müsabiqə elan edilmiş müsabiqədə iştirak etmək üçün sənəd verən 545 namizədlə test imtahanı Azərbaycan Texniki Universitetinin "İdman Sarayı"nda keçiriləcək.
Azərbaycanda prokurorluq orqanlarına vakant yerlərə imtahanın vaxtı müəyyənləşib

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , muxbir K.Zərbalıyeva /

Azərbaycanda prokurorluq orqanlarına vakant yerlərə imtahanlar oktyabrın 27-də keçiriləcək.

Baş Prokurorluğun mətbuat xidmətindən cümə axşamı Trend -a verilən məlumata görə, 80 ştat vahidi üzrə müsabiqə elan edilmiş müsabiqədə iştirak etmək üçün sənəd veərn 545 namizədlə test imtahanı Azərbaycan Texniki Universitetinin "İdman Sarayı"nda keçiriləcək.

Namizədlər sənədlərin qəbulu barədə qəbzi və şəxsiyyət vəsiqəsini təqdim etməklə test imtahanlarının suallar toplusunu oktyabrın 20-dən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yerləşdiyi inzibati binadan ala bilərlər.

Müsabiqəyə ilk olaraq 60 vakant yer çıxarılsa da, müsabiqə komissiyası tərəfindən vakant ştatların sayının artdığı nəzərə alınmaqla, prokurorluq orqanlarında işləmək arzusunda olan namizədlərə daha geniş imkanlar yaradılması məqsədi ilə müsabiqəyə çıxarılmış vakant ştat sayı 20 vahid artırılıb.

Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlığı və layiqliyinin müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində, şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və söhbətdən ibarət müsabiqə təşkil ediləcək.

Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri mükəmməl bilənlərə üstünlük veriləcək.

Prokurorluğa işə sənədlərini verənədək 30 yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşları qəbul olunurlar.

Prokurorluq orqanlarına keçirilən son müsabiqə ilə 79 nəfər işə qəbul olunub. 2002-ci ildən başlayaraq prokurorluq orqanlarına 293 nəfər gənc hüquqşünas işə qəbul olunub. Bu isə prokurorluq əməkdaşlarının 30 faizindən çoxunu təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti