...

Azərbaycanın xarici işlər naziri Qətərin mədəniyyət və irs nazirini qəbul edib

Siyasət Materials 15 Oktyabr 2009 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir M.Əliyev /

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qətərin mədəniyyət və irs naziri Hamad əl-Kavarini qəbul edib, bu barədə Trend -a XİN-in mətbuat mərkəzindən bildirilib.

Görüş zamanı İslam Konfransı Təşkilatının mədəniyyət nazirlərinin VI konfransının işini yüksək qiymətləndirən Hamad əl-Kavari belə tədbirlərin ölkələr arasında mədəniyyət sahəsində münasibətlərin inkişafına gözəl şərait yaratdığını qeyd edib.

Azərbaycanın xarici işlər naziri iki ölkə arasında siyasi sahədə münasibətlərin yüksək səviyyədə olduğunu və bu vəziyyətin digər, o cümlədən iqtisadiyyat, mədəniyyət sahələrinə şamil edilməsinin vacibliyini vurğulayıb. Mədəniyyətin, adət-ənənələrin xalqları birləşdirən amillərdən biri olduğunu söyləyən nazir islam ummasında bu sahədə birlik nümayiş etdirilməsinin zəruriliyini də qeyd edib.

Sonra tərəflər Yaxın Şərq və Cənubi Qafqaz bölgələrində, həmçinin beynəlxalq aləmdə cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti