...

ABŞ-ın Gürcüstandakı yeni səfiri etimad məktubunun surətini bu ölkənin XİN rəhbərinə təqdim edib

Siyasət Materials 16 Oktyabr 2009 17:28 (UTC +04:00)
Bu gün ABŞ-ın Gürcüstandakı yeni səfiri Con Bas etimad məktubunun surətini bu ölkənin XİN rəhbəri Qriqol Vaşadzeyə təqdim edib. Görüşdən sonra Bas bildirib ki, onun Vaşadze ilə "uzun və maraqlı" görüşü olub.
ABŞ-ın Gürcüstandakı yeni səfiri etimad məktubunun surətini bu ölkənin XİN rəhbərinə təqdim edib

Gürcüstan, Tbilisi, 16 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Bu gün ABŞ-ın Gürcüstandakı yeni səfiri Con Bas etimad məktubunun surətini bu ölkənin XİN rəhbəri Qriqol Vaşadzeyə təqdim edib. Görüşdən sonra Bas bildirib ki, onun Vaşadze ilə "uzun və maraqlı" görüşü olub.

"Bizi maraqlandıran bütün məsələlərə toxunduq",- Bas deyib.

Səfir ABŞ müdafiə nazirinin müavini Aleksandr Verşbounun Gürcüstana səfərini təsdiq edib. "Verşbou səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək və danışıqlar aparacaq", - səfir deyib.

Verşbounun Gürcüstana səfəri 19-20 oktyabrda baş tutacaq.

Bas deyib ki, bütün şərhləri səfir vəzifəsini yerinə yetirməyə başlayandan sonra verəcək. İndi o, etimad məktubunu Gürcüstan prezidentinə təqdim etdikdən sonra rəsmi olaraq səfir vəzifəsinə başlayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti