...

Polşa Prezidenti Polşa-Azərbaycan münasibətlərinin inkişafında göstərdikləri xidmətlərə görə Azərbaycan nazirlərini mükafatlandırıb

Siyasət Materials 16 Oktyabr 2009 20:44 (UTC +04:00)
Dünən, Bakıdakı polşa səfirliyində, Azərbaycan-polşa münasibətlərindəki xidmətlərinə görə bir sıra vəzifəli şəxslərə Polşa Respublikası prezidentinin təsis etdiyi mükafatların təntənəli təqdimatı keçirilmişdir.
Polşa Prezidenti Polşa-Azərbaycan münasibətlərinin inkişafında göstərdikləri xidmətlərə görə Azərbaycan nazirlərini mükafatlandırıb

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir E.Tarverdiyeva/

Dünən, Bakıdakı polşa səfirliyində, Azərbaycan-polşa münasibətlərindəki xidmətlərinə görə bir sıra vəzifəli şəxslərə Polşa Respublikası prezidentinin təsis etdiyi mükafatların təntənəli təqdimatı keçirilmişdir.

Azərbaycanın bir sıra nazir və yüksəkvəzifəli şəxslərinə mükafatlar, polşanın azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kşiştof Krayevski tərəfindən təqdim edilmişdir.

Təltif olunanlar arasında, AR Xarici işlər naziri Elmar Məmmədyarov və AR Sənaye və energetika naziri Natiq Əliyev (hər ikisi - PR-ın Komandor ordeni), AR Daxili işlər naziri Ramil Usubov, AR Milli təhlükəsizlik naziri Eldar Mahmudov və AR Xarici işlər nazirinin müavini Xələf Xələfov(hər üçü - PR-ın Böyük zabit ordeni), Azərbaycan Respublikası Prezident Administrasiyasının Beynəlxalq Əlaqələr şöbəsinin müdri Hovruz Məmmədov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Protokol xidmətinin rəisi Elçin Bağırov, Heydər Əliyev fondunun İcraçı Direktoru Anar Ələkbərov, AR XİN-in Birinci ərazi idarəsinin rəisi Rəhman Mustafayev, AR XİN-in Dövlət protokol idarəsinin rəisi Pərvin Mirzəzadə, Yeni Azərbaycan Partiyasının birinci Sədr müavini Əli Əhmədov və Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev (hər biri PR-ın Kavaler ordeni) və Azərbaycan dövlət filarmoniyasının direktoru Murad Adıgözəlzadə (Qızıl xaç ordeni) iştirak edirdilər.

Xəbər lenti

Xəbər lenti