Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə Prezidenti Abdullah Gülün salamlarını dövlətimizin başçısına çatdırıb.
Görüşdə Azərbaycan-Türkiyə münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, Ermənistan-Türkiyə münasibətləri ilə bağlı gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Türkiyə Prezidenti Abdullah Gülün salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin dövlət başçısına çatdırmağı xahiş edib.
Azərbaycan Prezidenti Türkiyənin xarici işlər nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
