Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Rəhman Mustafayevin Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam verib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Dövlət başçısının digər bir sərəncamı ilə Rəhman Mustafayevə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsi verilib.
Azərbaycan Prezidentinin digər bir sərəncamı ilə Mir-Həmzə Nazim oğlu Əfəndiyev Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıldı.