Gürcüstan, Tbilisi, 26 oktyabr / Trend , müxbir N.Kirsxaliya/
Gürcüstan Prezidenti Mixail Saakaşvili oktyabrın 27-də Polşaya işgüzar səfər edəcək. Gürcüstan XİN-dən deyildiyi kimi, Saakaşvili səfər çərçivəsində polşalı həmkarı Lex Kaçinski ilə görüşəcək.
Həmçinin Polşanın Baş naziri Donald Tusk ilə görüş nəzərdə tutulur.
Görüş zamanı Saakaşvili ikitərəfli əməkdaşlıq, Gürcüstanın avrostrukturlara və NATO-ya inteqrasiyası məsələlərini müzakirə edəcək.
Gürcüstan Prezidenti səfər çərçivəsində "Həmrəylik" liderlərindən biri olan Yeji Popeluşkonun abidəsi önünə əklil qoyacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]