Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cümə axşamı Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng etmişdir. Bu barədə AzərTAc dövlət informasiya agentliyi məlumat verib
Dövlətimizin başçısı Abdullah Gülə ad günü münasibətilə, eyni zamanda, Türkiyənin milli bayramı - Respublika Günü münasibətilə təbriklərini çatdırmışdır. Prezident İlham Əliyev Türkiyə Prezidentinə cansağlığı, fəaliyyətində uğurlar və Türkiyə xalqına firavanlıq arzulamışdır.
Türkiyə Prezidenti təbriklərə və göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmiş, Azərbaycan xalqına ən xoş arzularını çatdırmışdır.
Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan Prezidenti Türkiyə Prezidenti ilə telefonla danışıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cümə axşamı Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng etmişdir. Bu barədə AzərTAc dövlət informasiya agentliyi məlumat verib
