...

İran Parlamentinin nümayəndə heyəti Bakıya səfər edəcək

Siyasət Materials 2 Noyabr 2009 11:27 (UTC +04:00)
İran Parlamentinin ictimai komissiyasının üzvlərindən ibarət nümayəndə heytəi gələn həftə Azərbaycana səfər edəcək. Bu barədə Trend News İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.
İran Parlamentinin nümayəndə heyəti Bakıya səfər edəcək

Azərbaycan, Bakı, 2 noyabr / Trend , müxbir T.Cəfərov/

İran Parlamentinin ictimai komissiyasının üzvlərindən ibarət nümayəndə heytəi gələn həftə Azərbaycana səfər edəcək. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

Məlumata əsasən, səfər İranın Azərbaycandakı səlahiyyətli səfiri Məhəmməd Baqir Bəhraminin dəvəti ilə baş tutur. İran Parlamentinin nümayəndə heyətinin səfər zamanı Azərbaycan Prezidenti, Parlamentin spikeri və deputatlarla görüşü nəzərdə tutulur.

İranlı heyət həmçinin İmam Xumeyni adına İmdad Komitəsinin noyabrın 8-dən 13-dək Bakıda keçirilən konfransında iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti