...

Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində 16 siyasi partiya namizəd irəli sürüb - MSK

Siyasət Materials 2 Noyabr 2009 16:59 (UTC +04:00)
Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində 16 siyasi partiya namizəd irəli sürüb. Bu barədə bazar ertəsi Trend News-a Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində 16 siyasi partiya namizəd irəli sürüb - MSK

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 02 noyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində 16 siyasi partiya namizəd irəli sürüb. Bu barədə bazar ertəsi Trend -a Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək.

Məlumata görə, namizədlikləri özləri tərəfindən irəli sürülən şəxslərdən 7224 nəfəri bitərəfləri, digərləri isə 28 siyasi partiyanı əhatə edirlər. 17 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüb.

Bu günədək 1718 bələdiyyə üzrə 27 181 nəfərin namizədliyi təsdiq edilib. Həmin şəxslərdən 5166 nəfəri qadınlardır. Namizədliyi təsdiqlənən şəxslərin 13 497-si ali təhsillidir.

Namizədliyi təsdiqlənmiş şəxslərdən 25 786 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri alıb, həmin şəxslərin 12 233 nəfəri isə namizədliklərinin qeydə alınması üçün tələb olunan sayda imzaları toplayaraq imza vərəqələrini və digər zəruri seçki sənədlərini müfaviq dairə seçki komissiyalarına təqdim ediblər. Artıq 576 bələdiyyə üzrə 4066 nəfərin namizədliyi qeydə alınıb.

Builki seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti