...

Azərbaycanda bələdiyyə üzvlüyünə 28 826 namizəd təsdiqlənib

Siyasət Materials 3 Noyabr 2009 17:44 (UTC +04:00)
Azərbaycanda bələdiyyə üzvlüyünə 28 826 namizəd təsdiqlənib. Bu barədə çərşənbə günü Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Trend News-a bildirilib.
Azərbaycanda bələdiyyə üzvlüyünə 28 826 namizəd təsdiqlənib

Azərbaycan, Bakı, 03 noyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanda bələdiyyə üzvlüyünə 28 826 namizəd təsdiqlənib. Bu barədə çərşənbə günü Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən Trend -a bildirilib.

Namizədlərdən 5534 nəfəri qadındır. Təsdiqlənmiş namizədlərdən 14 298-i ali təhsillidir.

Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulub.

Yerli özünüidarəetmə orqanlarına seçkilər əvvəl iki dəfə keçirilib - 1999 və 2005-ci illərdə.

Namizədliyi təsdiqlənmiş şəxslərdən 27 728 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri almış, həmin şəxslərin 17 437 nəfəri isə namizədliklərinin qeydə alınması üçün tələb olunan sayda imzaları toplayaraq imza vərəqələrini və digər zəruri seçki sənədlərini müfaviq dairə seçki komissiyalarına təqdim etmişlər. Artıq 841 bələdiyyə üzrə 7927 nəfərin namizədliyi qeydə alınıb.

Namizədlikəri özü tərəfindən irəli sürülən şəxslərdən 8045 nəfəri bitərəfləri, digərləri isə 30 siyasi partiyanı əhatə edirlər. 18 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti