...

Azərbaycan Prezidenti Koreya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Siyasət Materials 3 Noyabr 2009 17:44 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 3-də Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lü Kvanq Çulu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Azərbaycan Prezidenti Koreya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 3-də Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lü Kvanq Çulu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Lü Kvanq Çulun ölkəmizdəki səfirlik fəaliyyəti müddətini Azərbaycan ilə Koreya arasında əməkdaşlığın fəal dövrü kimi qiymətləndirən dövlətimizin başçısı səfirin ikitərəfli münasibətlərimizin inkişafına öz töhfəsini verdiyini vurğulayıb. Azərbaycan ilə Koreya arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev iqtisadi sahədə əlaqələrimizin geniş perspektivlərə malik olduğunu deyib.

Dövlətimizin başçısı ötən dövrdə ölkələrimizin səfirliklərinin açılmasını münasibətlərimizin daha da möhkəmlənməsi işində önəmli rol oynadığını vurğulayıb. Gələcək fəaliyyətində səfirə müvəffəqiyyətlər arzulayan Prezident İlham Əliyev Azərbaycan-Koreya əlaqələrinin bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu bildirib.

Diplomat Lü Kvanq Çul səfirliyin fəaliyyətinə göstərdiyi yüksək diqqətə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, ölkəmizdə fəaliyyəti müddətində Azərbaycan ilə Koreya arasında yaxşı əlaqələr yaradıldığını, səfir kimi isə bu işdə səylərini əsirgəmədiyini deyib. Ölkələrimiz arasında əlaqələri daha da inkişaf etdirmək üçün böyük imkanların olduğunu deyən diplomat, əməkdaşlığımızın gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti