...

Azərbaycan Prezidenti Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini qəbul edib

Siyasət Materials 4 Noyabr 2009 18:32 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Tureni qəbul edib.
Azərbaycan Prezidenti Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini qəbul edib

Azərbaycan, Bakı, 04 noyabr / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Tureni qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Baş katib Hamadun Ture ölkəmizdə keçirilən Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində yenidən iştirakından məmnunluğunu bildirib. O, Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində inkişafa nail olunduğunun əhəmiyyətini qeyd edib. Hamadun Ture bu sektorda ölkəmizin həyata keçirdiyi işlərin gələcəkdə də uğurlu nəticələr verəcəyinə əminliyini bildirib.

Dövlət başçısı qeyd edib ki, informasiya və kommunikasiya texnologiyaları sahəsi Azərbaycanda nisbətən yaxın zamanlarda inkişafa başlasa da, bu sektorda artıq böyük irəliləyişlər əldə edilib. "BAKUTEL-2009" 15-ci yubiley Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev sərgiyə marağın getdikcə artdığını və ildən-ilə daha da genişləndiyini bildirib.

Xəbər lenti

Xəbər lenti