...

İlham Əliyev Çeçenistan Prezidentini qəbul edib

Siyasət Materials 6 Noyabr 2009 17:47 (UTC +04:00)
Prezident Ramzan Kadırovun Bakıda keçirilən tədbirlərdə iştirakından məmnunluğunu bildirən dövlətimizin başçısı onun Azərbaycana səfərinin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.
İlham Əliyev Çeçenistan Prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırovu qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident Ramzan Kadırovun Bakıda keçirilən tədbirlərdə iştirakından məmnunluğunu bildirən dövlətimizin başçısı onun Azərbaycana səfərinin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

Azərbaycan və çeçen xalqlarının əsrlər boyu davam edən dostluq münasibətlərini yüksək qiymətləndirən Prezident İlham Əliyev Çeçenistanda aparılan bərpa, yenidənqurma işlərinin və inkişafın ölkəmizdə izlənildiyini bildirib. Dövlətimizin başçısı Azərbaycan ilə Çeçenistan arasında qarşılıqlı fəaliyyət və iqtisadi əlaqələrin inkişafı üçün yeni yolların müəyyənləşdirilməsinin zəruriliyini vurğulayıb.

Prezident İlham Əliyev Ramzan Kadırovun rəhbərliyi ilə Çeçenistanın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb.

Xalqının ən çətin vaxtlarında Azərbaycanın onun həmvətənlərinə sığınacaq verdiyini və yüksək qayğı göstərdiyini yada salan Prezident Ramzan Kadırov öz adından və çeçen xalqı adından dövlətimizin başçısına minnətdarlığını bildirib və çeçen xalqının bunu heç vaxt unutmayacağını deyib.

Xəbər lenti

Xəbər lenti