...

Gürcüstan Parlamenti Almaniyada yeni səfirin namizədliyini təsdiq edib

Siyasət Materials 6 Noyabr 2009 20:48 (UTC +04:00)
Gürcüstan Parlameni bu axşam Qabriel Habsburq-Lotringenin Gürcüstanın Almaniyadakı səfiri vəzifəsinə namizədliyini təsdiq edib.
Gürcüstan Parlamenti Almaniyada yeni səfirin namizədliyini təsdiq edib

Gürcüstan, Tbilisi, 06 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan Parlameni bu axşam Qabriel Habsburq-Lotringenin Gürcüstanın Almaniyadakı səfiri vəzifəsinə namizədliyini təsdiq edib. Onun namizədliyi yekdilliklə qəbul edilib.

Qabriel Habsburq-Lotringen 1956-cı ildə Lüksemburqda anadan olub, lakin o, Gürcüstan vətəndaşıdır.

Gürcüstanın Almaniyada fəaliyyətdə olan səfiri Levan Duçidzeyə gəlincə isə, onun gələcək təyinatı hələ məlum deyil. Səfirin dəyişdirilməsi səbəbləri barədə hələlik məlumat verilmir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti