...

Qazaxıstandakı güclü yanğında həlak olmuş rusların adları açıqlanıb

Siyasət Materials 10 Noyabr 2009 13:15 (UTC +04:00)
Astanadakı güclü yanğın zamanı həlak olanlardan dördü Rusiya vətəndaşıdır, Qazaxısatan Respublikası FHN-nin mətbuat xidməti məlumat verir.
Qazaxıstandakı güclü yanğında həlak olmuş rusların adları açıqlanıb

Qazaxıstan, Astana, 10 noyabr / Trend , müxbir K.Konırova/

Astanadakı güclü yanğın zamanı həlak olanlardan dördü Rusiya vətəndaşıdır, Qazaxısatan Respublikası FHN-nin mətbuat xidməti məlumat verir.

Verilən məlumata görə, tərəvəz saxlanılması üçün texnoloji istehsalat kompleksinin binasında baş verən yanğında dörd Rusiya vətəndaşı həlak olub: 41 yaşlı O.Şarafutdinov, 21 yaşlı E.Denisov, 42 yaşlı R.Safuilin və 56 yaşlı V.Solovyev.

Xatırladaq ki, ötən bazar ertəsi, noyabrın 9-da, təxminən saat 16:47 radələrində Astananın tərəvəz saxlanılması üçün texnoloji istehsalat kompleksinin binasında yanğın baş verib.

Alov 8000 kvadrat kilometr ərazini əhatə edib (yanğının penoplastdan baş verməsi ehtimal edilir). Saat 19:16-ya olan məlumata görə, 14 meyit aşkar edilib.

Yanğın Astananın FHN-in yanğınsöndürmə xidmətinın 80 nəfərlik şəxsi heyyəti və 23 texniki vasitəsi sayəsində çərşənbə axşamı saat 00:12-də aradan qaldırılıb.

Xəbər lenti

Xəbər lenti