...

Azərbaycanda bələdiyyə üzvlüyünə 34 mindən çox namizəd təsdiqlənib

Siyasət Materials 11 Noyabr 2009 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanda bələdiyyə üzvlüyünə 34 131 namizəd təsdiqlənib. Bu barədə çərşənbə günü Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən Trend -a bildirilib.

Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15 682 üzvün seçilməsi nəzərdə tutulub.

Yerli özünüidarəetmə orqanlarına seçkilər əvvəllər iki dəfə keçirilib - 1999 və 2005-cü illərdə.

Təsdiqlənmiş namizədlərdən 33 431 nəfəri dairə seçki komissiyalarından (DSK) imza vərəqəsi alıb. Onlardan 29 533 nəfəri namizədliyin qeydiyyata alınması üçün lazımi imzaların sayının toplanmasını başa çatdırıb və imza vərəqələrini və digər sənədləri müvafiq DSK-lara təqdim ediblər. 1717 bələdiyyə üçün 26 462 namizəd qeydiyyatdan keçib. Namizədlərdən 5592 nəfəri qadındır. Təsdiqlənmiş namizədlərdən 13 697 nəfəri ali təhsillidir.

Namizədliyini özü irəli sürən şəxslərdən 7864 nəfəri müstəqil, qalanları isə 29 siyasi partiyadan olan namizədlərdir. Seçki marafonuna rəsmi olaraq 22 siyasi partiya bələdiyə seçkilərinə öz namizədliyini irəli sürərək qoşulub.

MSK www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az veb saytlarında namizədliyin irəli sürülməsi və onların qeydiyyatdan keçməsi haqqında geniş məlumat yerləşdirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti