...

Londonda "Nobellər və Bakı nefti" sərgisi açılıb

Siyasət Materials 12 Noyabr 2009 17:51 (UTC +04:00)
Londonda cümə axşamı "Asia House" qalereyasında "Nobellər və Bakı nefti" sərgisi açılıb. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindənTrend News-a bildirilib.
Londonda "Nobellər və Bakı nefti" sərgisi açılıb

Azərbaycan, Bakı, 11 noyabr / Trend , müxbir M.Əliyev/

Londonda cümə axşamı "Asia House" qalereyasında "Nobellər və Bakı nefti" sərgisi açılıb. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən Trend -a bildirilib.

Sərgi "Əsrin müqaviləsi"nin 15 illiyi və Nobellərin Bakı neft sənayesindəki fəaliyyətinin 130-cu il dönümü münasibətilə açılıb. Sərgini Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), "Statoil Absheron" şirkəti və Azərbaycanın Böyük Britaniyadakı səfirliyi təşkıl edir.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov Azərbaycan neft sənayesinin uğurlarını nümayiş etdirmək baxımından bu tədbirin vacibliyini qiymətləndirib.

ARDNŞ-nin Londondakı nümayəndəliyi, "Statoil" şirkəti, Viktoriya və Albert muzeylərindən bildiriblər ki, sərgidə Azərbaycanın neft sənayesinin inkişafındakı uğurları geniş ictimaiyyətin nəzərinə çatdırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti