...

Azərbaycan Parlamentinin növbəti iclası uşaqlara həsr olunacaq

Siyasət Materials 18 Noyabr 2009 13:12 (UTC +04:00)
"Parlamentin noyabrın 20-də keçiriləcək iclasında uşaq hüquqları ilə bağlı vəziyyət müzakirə olunacaq", - çərşənbə günü Trend News-a Milli Məclisin mətbuat xidmətindən bildirilib.
Azərbaycan Parlamentinin növbəti iclası uşaqlara həsr olunacaq

Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin növbəti iclası uşaqlara həsr olunacaq.

"Parlamentin noyabrın 20-də keçiriləcək iclasında uşaq hüquqları ilə bağlı vəziyyət müzakirə olunacaq", - çərşənbə günü Trend -a Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Parlamentin bu iclası BMT-nin Uşaq Hüquqları Konvensiyasının 20 illiyi ilə əlaqədar keçiriləcək. "İclasda Milli Məclisin Sosial siyasət komitəsi uşaq hüquqlarının vəziyyətinə dair hesabatla çıxış edəcək", - məlumatda vurğulanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti