...

Rusiya Prezident Administrasiyasının rəhbəri Bakıya səfər edəcək

Siyasət Materials 18 Noyabr 2009 20:49 (UTC +04:00)
Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin noyabrın 23-də Bakıya səfər edəcək. Bu barədə yüksək vəzifəli diplomat Trend News-a deyib.
Rusiya Prezident Administrasiyasının rəhbəri Bakıya səfər edəcək

Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir E.Tariverdiyeva/

Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin noyabrın 23-də Bakıya səfər edəcək. Bu barədə yüksək vəzifəli diplomat Trend -a deyib.

"Sergey Narışkin Bakıya Rusiya Prezidenti Dmitri Medvedevin 60 illik yubileyi ilə əlaqədar Şeyxülislam Hacı Allahşükür Paşazadənin ordenlə təltif edilməsi fərmanına müvafiq olaraq, mükafatın təqdim edilməsi üçün gəlir", - diplomatik mənbə deyib.

Onun sözlərinə görə, Narışkin həmçinin Bakıda "Rus kitabı" mağazasının və Rusiya XTB-nin Bakı filialının açılışında iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti