...

İlham Əliyev Livanın Prezidentini Müstəqillik günü münasibətilə təbrik edib

Siyasət Materials 21 Noyabr 2009 22:11 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Mişel Süleymanı Müstəqillik günü münasibətilə təbrik edib, şənbə günü AzərTAc dövlət agentliyi məlumat yayıb.
İlham Əliyev Livanın Prezidentini Müstəqillik günü münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Mişel Süleymanı Müstəqillik günü münasibətilə təbrik edib, şənbə günü AzərTAc dövlət agentliyi məlumat yayıb.

"Milli bayramınız - Müstəqillik günü münasibətilə Sizi və bütün Livan xalqını səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Livan münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram", - təbrik məktubunda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti