...

Belarus Prezidenti Azərbaycana səfər edəcək

Siyasət Materials 11 Dekabr 2009 14:13 (UTC +04:00)
Hazırda Minskdə Prezident Aleksandr Lukaşenkonun Azərbaycana səfərinin təşkil edilməsi üzərində işlər aparılır, Belarus Respublikasının Azərbaycandakı səfiri Nikolay Patskeviç deyib.
Belarus Prezidenti Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir T.Konyayeva/

Hazırda Minskdə Prezident Aleksandr Lukaşenkonun Azərbaycana səfərinin təşkil edilməsi üzərində işlər aparılır, Belarus Respublikasının Azərbaycandakı səfiri Nikolay Patskeviç deyib.

Səfərin gələn ilin birinci yarısında baş tutacağı planlaşdırılır, diplomat məlumat verib.

"Azərbaycan və Belarus arasındakı əməkdaşlıq 2009-cu ildə bir çox sahələrdə genişlənib. Biz ikitərəfli əlaqələrin gələcəkdə də inkişaf edəcəyini planlaşdırırıq", - səfir cümə günü ilin yekunları üzrə keçirilən mətbuat konfransında deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfəri 2009-cu ilin mühüm hadisələrindən olub. Səfər əlaqələrin inkişafında yeni mərhələnin başladığını göstərməklə, ona yeni ciddi təkan verib", - diplomat qeyd edib.

"Azərbaycan Prezidentinin Minskə səfəri zamanı ikitərəfli sənədlər paketi, həmçinin əməkdaşlığın gələcəkdə genişləndirilməsini nəzərdə tutan birgə bəyannamə imzalanıb", - səfir deyib.

"Biz gələn il Aİ-nın "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində də fəal əməkdaşlıq etməyi planlaşdırırıq", Patskeviç əlavə edib.

Xəbər lenti

Xəbər lenti