...

Azərbaycanda növbəti Qarabağ forumu keçiriləcək

Siyasət Materials 14 Dekabr 2009 15:13 (UTC +04:00)
Azərbaycanın bir neçə müxalifət partiyasının təmsil olunduğu ittifaq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti forumu dekabrın 16-da keçirməyi nəzərdə tutur.
Azərbaycanda növbəti Qarabağ forumu keçiriləcək

Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın bir neçə müxalifət partiyasının təmsil olunduğu ittifaq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti forumu dekabrın 16-da keçirməyi nəzərdə tutur.

"Forumda münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqların indiki mərhələsi və ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı rejimə 8 milyon dollar yardım ayırması haqda fikirlər dinləniləcək", - bazar ertəsi Trend -a Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib.

Trend -un arayışı: DUİ indiyədək 9 dəfə Qarabağ forumu keçirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Musayevin sözlərinə görə, Qarabağ forumunda iştirak etmək üçün hakim Yeni Azərbaycan Partiyasına da dəvətnamə göndərilib. "Biz təşkilatçı kimi müxalifət partiyalarının liderlərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və tanınmış ziyalıların da forumda iştirakını arzulayırıq", - partiya sədri əlavə edib.

Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il parlamеnt seçkisindən sonra müxalifətçi Klassık Xalq Cəbhəsi, Azadlıq Milli Demokrat partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur. Oktyabr ayında Milli Demokrat Partiyası DUİ-dən çıxarılıb və Milli Qurtuluş Partiyasının quruma üzv qəbul olunması haqda qərar verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti