...

İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Siyasət Materials 15 Dekabr 2009 20:09 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti xanım Doris Loythardı ölkə prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti xanım Doris Loythardı ölkə prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə İsveçrə arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir", - təbrik məktubunda deyilir.

İlham Əliyev xanım Loytharda möhkəm cansağlığı, xoşbəxtlik və dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar diləyib.

Xəbər lenti

Xəbər lenti