...

Azərbaycanda bələdiyyə seçkisini izləmək üçün DSK-larda 41700 müşahidəçi qeydə alınıb

Siyasət Materials 17 Dekabr 2009 13:58 (UTC +04:00)
"Bələdiyyə seçkilərində səsvermə prosesini izləmək üçün müçahidəçilərin qeydə alınması bu gün axşam saatlarında başa çatacaq", - cümə axşamı Trend News-a Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib.
Azərbaycanda bələdiyyə seçkisini izləmək üçün DSK-larda 41700 müşahidəçi qeydə alınıb

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda bələdiyyə seçkisini izləmək üçün dairə seçki komissiyalarında 41700 müşahidəçi qeydə alınıb.

"Bələdiyyə seçkilərində səsvermə prosesini izləmək üçün müçahidəçilərin qeydə alınması bu gün axşam saatlarında başa çatacaq", - cümə axşamı Trend -a Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib.

Trend -un arayışı: Azərbaycan

da bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 32 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Sarıyev deyib ki, Seçki Məcəlləsinə görə, dairə seçki komissiyalarında səsverməni izləmək üçün müşahidəçilərin qeydə alınma müddəti səsverməyə 5 gün qalmış başa çatdırılmalıdır.

Bələdiyyə seçkisini izləmək üçün MSK-da qeydə alınan müşahidəçilərin sayı isə 1138 nəfərdir. Onların 135 nəfəri siyasi partiyaların üzvüdür.

MSK-da qeydə alınan yerli müşahidəçilərin 802 nəfəri namizədliyini öz təşəbbüsü ilə sürüb.

10 nəfər bələdiyyə üzvlüyünə namizədlərin müşahidəçiləri kimi qeydə alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti