...

AŞ Yerli və Regional Hakimiyyətlər Konqresinin missiyası Azərbaycanda bələdiyyə seçkilərinin gedişini müşahidə etməyə başlayıb

Siyasət Materials 23 Dekabr 2009 10:48 (UTC +04:00)
Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.
AŞ Yerli və Regional Hakimiyyətlər Konqresinin missiyası Azərbaycanda bələdiyyə seçkilərinin gedişini müşahidə etməyə başlayıb

Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir V.Javoronkova/

Avropa Şurası Yerli və Refgional Hakimiyyətlər Konqresinin missiyası Azərbaycanda bələdiyyə seçkilərinin gedişini müşahidə etməyə başlayıb.

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Konqresin müşahidəçi missiyasına Qaya Doğanoğlu (Türkiyə), Nigel Mermaqen (Böyük Britaniya), İstvan Borbeli (Macarıstan), Dobrika Milonoviç (Serbiya) və Qudrun Mosler-Tyornstryom (Avstriya) daxildir.

Bu gün saat 08.00-da ölkənin bütün seçki məntəqələrində səsvermə başlayıb.

Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünü idarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar.

MSK səsvermənin gedişi barədə saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da məlumat verəcək.

"Bələdiyyə seçkilərinin, prezident və parlament seçkilərindən fərqli olaraq öz spesifikası var, burada 1718 müxtəlif bülleten və səslərin hesablanması var ki, bu da kifayət qədər çətin prosesdir. Buna görə də dairə komissiyalarından informasiya qəbulu prezident və parlament seçkilərində olduğu kimi o dərəcədə də operativ olmaya bilər", - MSK-nın rəhbəri Məzahir Pənahov bir müddət əvvəl deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti