...

Gürcüstan Parlamenti ilkin oxunuşda konstitusiyaya dəyişiklikləri qəbul edib

Siyasət Materials 25 Dekabr 2009 20:38 (UTC +04:00)
Gürcüstan Parlamenti bu gün 111 səs lehinə, iki əleyhinə olmaqla, ilkin oxunuşda konstitusiyaya dəyişiklikləri qəbul edib.
Gürcüstan Parlamenti ilkin oxunuşda konstitusiyaya dəyişiklikləri qəbul edib

Gürcüstan, Tbilisi, 25 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan Parlamenti bu gün 111 səs lehinə, iki əleyhinə olmaqla, ilkin oxunuşda konstitusiyaya dəyişiklikləri qəbul edib.

Düzəlişlərə əsasən, əgər vergilərin artırılması ümumxalq referendumu zamanı dəstəklənərsə, qəbul edilmiş qərar dörd ildən sonra qüvvəyə minəcək.

Referendumla aksiz vergiləri istisna olmaqla, bütün vergi tariflərinin dəyişməsi məsələsi həll ediləcək.

Hökumət Konstitusiyaya bu cür dəyişikliklərin edilməsini biznes maraqlarının müdafiəsi adlandırır.

Xəbər lenti

Xəbər lenti