Azərbaycan, Bakı, 09 yanvar / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycan polisi İran vətəndaşından külli miqdarda narkotik götürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend -a verilən məlumata görə, İmişli rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşı Əsədi Məmməd Hüseyn oğlundan 2 kiloqram 120 qram heroin və 7 kiloqram 800 qram narkotik vasitə olan həşiş qətranı aşkar edilib.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Əsədi narkotik vasitəni İrandan qaçaqmalçılıq yolu ilə satmaq üçün ölkəmizə gətirib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.