...

Ərazi bütövlüyü prinsipi Dağlıq Qarabağ münaqişəsinin həllində prioritet seçilib – Prezident İlham Əliyev

Siyasət Materials 18 Yanvar 2010 18:19 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolu artıq müəyyən olunub - ərazi bütövlüyü prinsipi prioritet seçilib, bu formul münaqişənin həlli üçün həlledici ola bilər.
Ərazi bütövlüyü prinsipi Dağlıq Qarabağ münaqişəsinin həllində prioritet seçilib – Prezident İlham Əliyev

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolu artıq müəyyən olunub - ərazi bütövlüyü prinsipi prioritet seçilib, bu formul münaqişənin həlli üçün həlledici ola bilər. Bu barədə bazar ertəsi Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetində 2009-cu ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasdakı çıxışı zamanı bildirib. Məlumatı AzTV telekanalı yayıb.

"Qaçqınlar və məcburi köçkünlər ora qayıtmalıdırlar, təhlükəsizlik tədbirləri görülməlidir və gələcəkdə Dağlıq Qarabağın Azərbaycan və erməni icması yüksək muxtariyyət şəraitində Azərbaycan dövləti tərkibində yaşamalıdırlar. Bizim mövqeyimiz bundan ibarətdir. Və beynəlxalq birlik tərəfindən tanınan Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır", - Prezident İlham Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti