...

Azərbaycan Prezidenti Türkiyənin təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 22 Yanvar 2010 10:24 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Türkiyənin təhsil naziri xanım Nimet Çubukçunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti Türkiyənin təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Türkiyənin təhsil naziri xanım Nimet Çubukçunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısı Azərbaycan ilə Türkiyə arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev Türkiyənin təhsil naziri xanım Nimet Çubukçunun ölkəmizə bu səfərinin təhsil sahəsində əlaqələrimizin inkişaf etdirilməsi baxımından faydalı olacağına ümidvar olduğunu bildirib.

Çubukçu təhsil naziri kimi ölkəmizə ilk səfərindən məmnunluğunu vurğulayıb. Nazirin qeyd etdiyi kimi, Azərbaycana hər səfəri zamanı Bakıda böyük inkişafın və dəyişikliklərin baş verdiyinin şahidi olur. Çubukçu bütün bunların məhz Prezident İlham Əliyevin rəhbərliyi sayəsində həyata keçirildiyini vurğulayıb.

Nimet Çubukçu ölkələrimiz arasında təhsil sahəsində əlaqələri daha da genişləndirməyin zəruriliyini bildirib və bunun üçün böyük potensialın olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti