...

ATƏT Parlament Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərinin yandırılması ilə bağlı məsələ müzakirəyə çıxarılacaq

Siyasət Materials 22 Yanvar 2010 13:14 (UTC +04:00)
"Fevralın 18-19-da keçiriləcək ATƏT Parlament Assambleyasının qış sessiyasının gündəliyi açıqlanmasa da, biz Ermənistanın təcavüzkar siyasətini sübut edən məsələlərin müzakirəsinə çalışacağıq", - cümə günü Trend News-a Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin üzvü Eldar İbrahimov bildirib.
ATƏT Parlament Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərinin yandırılması ilə bağlı məsələ müzakirəyə çıxarılacaq

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir A.Hüseynbala/

ATƏT Parlament Assambleyasının qış sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərinin yandırılması ilə bağlı məsələ müzakirəyə çıxarılacaq.

"Fevralın 18-19-da keçiriləcək ATƏT Parlament Assambleyasının qış sessiyasının gündəliyi açıqlanmasa da, biz Ermənistanın təcavüzkar siyasətini sübut edən məsələlərin müzakirəsinə çalışacağıq", - cümə günü Trend -a Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin üzvü Eldar İbrahimov bildirib.

Trend -un arayışı: Ermənistanın Silahlı Qüvvələri hər il əsasən yaz və yay aylarında Azərbaycanın işğal olunmuş ərazilərində ətraf mühitə ziyan vurmaq məqsədi ilə əraziləri yandırır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

İbrahimovun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin üzvləri bütün sessiyalarda olduğu kimi, bu dəfə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışlar edəcəklər.

"İşğal olunan ərazilərdə ermənilərin yanğınlar törətməsi nəticəsində ekologiyamıza və mədəniyyət abidələrimizə vurulan zərərlə də bağlı məsələ qaldırmaq niyyətindəyik", - millət vəkili əlavə edib.

Onun fikrincə, Azərbaycan nümayəndə heyətinin üzvləri sessiya zamanı digər ölkələrin parlamentariləri ilə görüşlərində də həm Ermənistanın təcavüzkar siyasətinin davam etdirməsi, həm də digər vacib məsələləri müzakirə edəcəklər.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinə Milli Məclis sədrinin müavini Bahar Muradova rəhbərlik edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti