...

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub

Siyasət Materials 25 Yanvar 2010 22:38 (UTC +04:00)
Yanvarın 25-də Soçinin “Adler” Beynəlxalq hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın görüşü olub. Məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub

Yanvarın 25-də Soçinin "Adler" Beynəlxalq hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın görüşü olub. Məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın, ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratkenin (ABŞ), Bernar Fasyenin (Fransa), Yuri Merzlyakovun (Rusiya), habelə təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin iştirak etdikləri görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Xəbər lenti

Xəbər lenti