...

Azərbaycanda prokurorluq orqanlarındakı vakant yerlərə keçirilən müsabiqənin ikinci mərhələsi başa çatıb

Siyasət Materials 26 Yanvar 2010 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda prokurorluq orqanlarındakı vakant yerlərə keçirilən müsabiqənin ikinci mərhələsi başa çatıb.

Baş Prokurorluğun mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, 80 ştat vahidi üzrə elan olunmuş müsabiqənin ikinci - yazılı imtahan mərhələsində 275 namizəd iştirak edib.

Namizədlər cinayət və cinayət-prosesssual hüquqa aid iki kaus xarakterli sualı yazılı cavablandırıblar.

Prokurorluqdan bildirilib ki, namizədlərin cavabları xüsusi olaraq müəyyən edilmiş müvafiq ekspertlər tərəfindən yoxlanılmaqla, keçid balı toplayan şəxslər Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində tibbi müayinədən keçib müsbət rəylər alındıqdan sonra onların müsabiqənin üçüncü müsahibə mərhələsinə buraxılması təmin ediləcək.

İkinci mərhələyə keçən namizədlərin 25-i məhkəmə, 13-ü daxili işlər orqanlarında işləyən şəxslərdir. Namizədlər arasında Konstitusiya Məhkəməsinin, Ombudsman Aparatının, Vergilər Nazirliyinin və hüquq məsləhətxanalarının əməkdaşları da var.

Əvvəlki 7 müsabiqə nəticəsində işə qəbul olunmuş 293 gənc mütəxəssis hazırda prokurorluq işçilərinin ümumi sayının 30 faizindən çoxunu təşkil edir.

Xəbər lenti

Xəbər lenti