...

ABŞ Dövlət Departamentinin Ankara-Yerevan protokollarının ratifikasiya istəyi əsassızdır - türkiyəli millət vəkili

Siyasət Materials 27 Yanvar 2010 13:21 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisinin (TBMM) müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Xəlil Ünlütəpə hesab edir ki, ABŞ Dövlət Departamentinin Ankara-Yerevan protokollarının Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən dəyişiklik edildikdən sonra ratifikasiyasını istəməsi əsassızdır.
ABŞ Dövlət Departamentinin Ankara-Yerevan protokollarının ratifikasiya istəyi əsassızdır - türkiyəli millət vəkili

Türkiyə, İstanbul, 27 yanvar / Trend , müxbir H.Altınalan/

Türkiyə Böyük Millət Məclisinin (TBMM) müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Xəlil Ünlütəpə hesab edir ki, ABŞ Dövlət Departamentinin Ankara-Yerevan protokollarının Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən dəyişiklik edildikdən sonra ratifikasiyasını istəməsi əsassızdır.

"ABŞ Dövlət Departamentinin Ankara-Yerevan protokollarının Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən dəyişiklik edildikdən sonra ratifikasiya istəyi əsassızdır", - Ünlütəpə çərşənbə günü Trend -a bildirib.

Trend -un arayışı: Ermənistan Konstitusiya Məhkəməsi keçən ilin oktyabrında Sürixdə Ankara və Yerevan arasında imzalanan protokolların mətninə dəyişiklik edib. Konstitusiya Məhkəməsinin qərarına görə, məhkəmə imzalanan protokolların ratifikasiyasına qarşı deyil, lakin ratifikasiyadan sonra Ankara və Yerevan arasında 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələri araşdıracaq ortaq komissiyanın yaradılması və bu hadisələrin "soyqırım" olub-olmadığını araşdırması qeyri məqbuldur.

Ünlütəpə hesab edir ki , ABŞ Dövlət Departamentinin protokolları Ermənistan tərəfindən edilən dəyişikliklərə rəğmən ratifikasiya istəyi ilə çıxış etməsi 24 aprel saxta erməni "soyqırımı" ildönümünün yaxınlaşması ilə əlaqədardır. Onun sözlərinə görə, ABŞ rəhbərliyi protokolların ratifikasiyası ilə saxta "soyqırım"la bağlı hər il ənənəvi olan çıxışlardan canını qurtarmaq istəyir.

Millət vəkili onu da qeyd edib ki, ABŞ rəhbərliyinin ratifikasiya istəyi bir problemi həll etməklə, yeni problemin yaranmasına start verə bilər.

Ünlütəpənin sözlərinə görə, Ermənistan Konstitusiya Məhkəməsinin dəyişiklik qərarı olsa da, Türkiyə Parlamenti bu protokolları ratifikasiya etməyəcək, çünki işğalçı bir dövlətlə hər hansı bir sənədin imzalanması və sonradan onun təsdiq edilməsi Ankaranın beynəlxalq imicinə zərbədir.

Xəbər lenti

Xəbər lenti