Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir S.Ağayeva/
Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın baş katibi Valeri Çeçelaşvili Azərbaycanla siyasi məsləhətləşmələr aparacaq.
"Fevralın ortalarında Bakıya səfərim nəzərdə tutulub. Səfər çərçivəsində Azərbaycan XİN-də görüşlər keçirməyi və Azərbaycanın təşkilatla builki əməkdaşlığının aktual məsələlərini müzakirə etməyi planlaşdırıram", - Çeçelaşvili çərçənbə günü Trend -a deyib.
Baş katib səfər çərçivəsinmdə turizm üzrə işçi qrupunun iclasında da iştirak edəcək. İclas fevralın 16-na planlaşdırılıb və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin sədrliyi ilə keçiriləcək.
GUAM formatı 1997-cu ildə Avropa İttifaqı dövlət başçılarının Strasburq görüşü ərəfəsində yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan daxil olsa da, dörd ildən sonra təşkilatı tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM" kimi elan olunması barədə qərar qəbul olunub.