...

ABŞ-da səfərdə olan Azərbaycan Parlamentinin deputatları Kolarado Universitetində müəllim və tələbələrlə görüş keçiriblər

Siyasət Materials 28 Yanvar 2010 11:50 (UTC +04:00)
ABŞ-da səfərdə olan Azərbaycan Milli Məclisinin üzvləri Qənirə Paşayeva, Zahid Oruc və MM aparatının əməkdaşları bu ölkənin böyük universitetlərindən biri olan Kolarado Universitetində müəllim və tələbələrlə görüş keçiriblər.
ABŞ-da səfərdə olan Azərbaycan Parlamentinin deputatları Kolarado Universitetində müəllim və tələbələrlə görüş keçiriblər

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir T.Çiqniyev/

ABŞ-da səfərdə olan Azərbaycan Milli Məclisinin üzvləri Qənirə Paşayeva, Zahid Oruc və MM aparatının əməkdaşları bu ölkənin böyük universitetlərindən biri olan Kolarado Universitetində müəllim və tələbələrlə görüş keçiriblər. Universitetdə böyük auditoriya qarşısında 1,5 saat ərzində çıxış edən millət vəkilləri Qənirə Paşayeva və Zahid Oruc Azərbaycan və bölgədə baş verən proseslərlə bağlı müəllim və tələbələrin suallarını da cavablandırıblar.

Görüş zamanı millət vəkilləri Azərbaycanın tarixi, üzləşdiyi faciələr, ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi, Azərbaycan xalqına təzyiqlər və məhrumiyyətlər yolu ilə onun ərazilərində Ermənistan dövlətinin qurulması, Ermənistanda öz tarixi ata-baba yurdlarında yaşayan 100 minlərlə azərbaycanlının 1948-53-cü və 1988-ci illərdə zorla öz yurd-yuvalarından qovulması, Ermənistan rəhbərliyinin apardığı monoetnik təmizləmə siyasəti nəticəsində bu gün bu ölkədə 1 nəfər belə olsun, azərbaycanlının yaşamaması, Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi, Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırım törətməsi, Ermənistanın işğal etdiyi ərazilərdə azərbaycanlılara məxsus tarixi-mədəni abidələri məhv etməsi, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz yurd-yuvalarına dönə bilməməsi barədə geniş məlumatlar verib, müəllim və tələbələrin bu mövzu ilə bağlı suallarına cavablandırıblar. Millət vəkilləri vurğulayıb ki, bu auditoriyada olan gənclər həqiqətləri bilməli və ədaləti müdafiə etməlidirlər.

Bundan başqa, millət vəkilləri Azərbaycanın dünyada tolerantlığın ən yüksək səviyyədə olduğu ölkələrdən biri olması, ABŞ üçün Azərbaycanın bölgədəki əhəmiyyəti, həyata keçirilən böyük energi layihələri, Azərbaycanın Şərqlə Qərb arasında bir körpü kimi sivilizasiyalararası və mədəniyyətlərarası dialoqda öynadığı vacib və mühüm rol, enerji təhlükəsizliyi sahəsindəki önəmli rolu, Azərbaycanda müxtəlif sahələrdə əldə edilən uğurlar barədə də ətraflı məlumatlar veriblər. Müəllim və tələbələrin Azərbaycan-ABŞ, Azərbaycan-Rusiya, Azərbaycan-İran münasibətləri, Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə və enerji təhlükəsizliyində oynadığı rol və.s-lə bağlı suallarına ətraflı cavablar verilib. Millət vəkilləri görüşdə iştirak edən müəllim və tələbələrin Azərbaycanın tarixi, mədəniyyəti və bu günü, Azərbaycan həqiqətləri, Xocalı soyqırımı, 1918-ci ildə ermənilərin dinc azərbaycanlılara qarşı törətdiyi soyqırım, Ermənistanın işğal etdiyi ərazilərdə azərbaycanlılara məxsus tarixi-mədəni abidələri məhv etməsi ilə bağlı daha geniş məlumatlar əldə edə bilmələri üçün yerli və xarici müəlliflərin ingilis dilində kitablarını, Heydər Əliyev fondunun ingilis dilində hazırladığı sənədli filmləri onlara təqdim ediblər. Həmçinin  bütün tələbə və müəllimlərin istifadəsi üçün universitetinin kitabxanasına çoxlu sayda material təqdim olunub. Görüş zamanı müəllim və tələbələr bu materialların gənclərin daha dəqiq və dolğun məlumatlar əldə edə bilməsi üçün vacib və əhəmiyyətli olduğunu vurğulayıblar və bu görüşün gələcəyin siyasətçiləri olacaq tələbələr üçün maraqlı olduğunu qeyd ediblər...Tələbələrin "Azərbaycanın ABŞ-dan gözləntiləri nədir?" sualının cavabında millət vəkilləri "ədalətin və həqiqətin müdafiəsi" deyə bildiriblər... Millət vəkilləri 1990-cı illərdə ABŞ-dakı erməni diasporu və lobbisinin fəaliyyəti, ermənipərəst konqresmenlərin təşəbbüsü ilə qəbul olunmuş və Azərbaycana qarşı böyük ədalətsizlik olan 907-ci düzəlişin ləğv edilməsinin həm iki ölkənin münasibətlərinin inkişafı, həm də ədalətsizliyin aradan qaldırılması istiqamətində çox vacib və zəruri addım olacağını bildiriblər... Onlar vurğulayıblar ki, Azərbaycan ABŞ-la əməkdaşlığın inkişafına böyük önəm verir və ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində səylərini daha da artıracağına ümid edir...


Xəbər lenti

Xəbər lenti