...

Azərbaycan hərbi birləşmələrində ötən il ərzində şəxsiyyət əleyhinə cinayətlərin sayı artıb - hərbi prokuror

Siyasət Materials 29 Yanvar 2010 18:43 (UTC +04:00)
Bu barədə Respublika Hərbi Prokurorluğunda ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında hərbi prokuror Xanlar Vəliyev məlumat verib.
Azərbaycan hərbi birləşmələrində ötən il ərzində şəxsiyyət əleyhinə cinayətlərin sayı artıb - hərbi prokuror

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan hərbi birləşmələrində ötən il ərzində şəxsiyyət əleyhinə cinayətlərin sayı artıb. Bu barədə Respublika Hərbi Prokurorluğunda ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında hərbi prokuror Xanlar Vəliyev məlumat verib.

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin kollegiya ilə bağlı Trend -a verdiyi məlumatda qeyd olunur ki, hərbi birləşmələrdə qeyri-hərbi cinayətlər və şəxsiyyət əleyhinə cinayətlər 13,5 faiz artıb.

Bu qəbildən olan cinayətlərin qarşısını almaq üçün məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilib. Göstərilən cinayətləri doğuran səbəb və şəraitin aradan qaldırılması üzrə qabaqlayıcı tədbirlərin görülməsi üçün tədbirlər görülür.

Ötən dövrdə hərbi birləşmələrdə tabelik qaydaları əleyhinə cinayətlər, hərbi xidmətdən yayınma, fərarilik, hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə cinayətlərinin sayı azalıb.

Vəliyev qeyd edib ki, 2008-ci ilə nisbətən ötən il hərbi xidmət əleyhinə cinayətlər 0,9 faiz, tabelik qaydaları əleyhinə cinayətlər 11,4 faiz, hərbi xidmətdən yayınma cinayətləri 19,9 faiz, fərarilik 63,1 faiz azalıb.

Qeydə alınmış cinayətlərin 99,7 faizinin açılması təmin olunub.

Hesabat dövründə dövlət ittihamının müdafiəsi üzrə şöbə tərəfindən birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilmiş 49 apelyasiya protestinin 67,4 faizi təmin olunub.

Ötən il prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verdiyi üçün hərbi prokurorluq orqanlarının 2 əməkdaşı intizam məsuliyyətinə cəlb edilməklə prokurorluq orqanlarından xaric olunub, 9 əməkdaş intizam məsuliyyətinə cəlb olunub.

Xəbər lenti

Xəbər lenti