Azərbaycan, Bakı, 30 yanvar / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycan polisi saxta əskinaslar hazırlayan qrupu zərərsizləşdirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Baş Mühafizə İdarəsinin Quba rayon Şöbəsi əməkdaşları tərəfindən rayon sakinləri Elşad Ağarzayev, Samir Şirinov, Xamid Baxışov, Elçin Əlixanov və Eldəniz Nurullayev şübhəli şəxs qismində saxlanılaraq araşdırmalar aparılıması üçün Quba Rayon Polis Şöbəsinə təhvil verilib.
Onların üzərinə baxış keçirilərkən 15 ədəd 100 dollarlıq, 10 ədəd 5000 rublluq və 10 ədəd 1000 rublluq saxta əskinaslar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.