...

N saylı hərbi hissədə baş vermiş silahlı insidentin günahkarları cəzalandırılacaq - Azərbaycan Müdafiə Nazirliyi

Siyasət Materials 1 Fevral 2010 15:55 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş vermiş silahlı insidentin günahkarları cəzalandırılacaq. Trend News-un məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyib.
N saylı hərbi hissədə baş vermiş silahlı insidentin günahkarları cəzalandırılacaq - Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 01 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş vermiş silahlı insidentin günahkarları cəzalandırılacaq. Trend -un məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyib.

"Müdafiə Nazirliyi rəhbərliyinin göstərişi ilə hərbi hissəyə göndərilən komissiya orada çox gərgin iş aparır. İstintaqçılar da öz işlərini görməkdədirlər. Əminəm ki, hadisənin başvermə səbəbləri aydınlaşacaq və təqsirkarlar öz cəzasına çatacaqlar", - Sabiroğlu vurğulayıb.

Yanvarın 28-də saat 18.00 radələrində Daşkəsən rayonundakı N saylı hərbi hissədə 2 əsgərin avtomat silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb, daha sonra atəş açan əsgərlər özlərini güllələyiblər.

Respublika Hərbi Prokurorluğundan Trend -a verilən məlumata görə, faktla bağlı Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb.

Müdafiə Nazirliyinin rəsmisi məlum hadisə ilə bağlı məlumat yayarkən KİV-i diqqətli olmağa çağırıb.

"Azərbaycan KİV-lərinin yaydığı hər bir məlumatı düşmən diqqətlə izləyir, təhlil edir və buna sevinməklə yanaşı, özünəuyğun şəkildə faydalanır. Ona görə də düşmənə əlavə fürsət verməmək üçün çox diqqətli olmalıyıq", - Sabiroğlu deyib.

Xəbər lenti

Xəbər lenti