...

İlham Əliyev Azərbaycan və Belarus arasında imzalanmış sənədlər haqqında sərəncam imzalayıb

Siyasət Materials 12 Fevral 2010 00:17 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2009-cu il noyabrın 12-də Minsk şəhərində imzalanmış sənədlər haqqında sərəncam imzalayıb, AzərTAc dövlət agentliyi məlumat yayıb.
İlham Əliyev Azərbaycan və Belarus arasında imzalanmış sənədlər haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2009-cu il noyabrın 12-də Minsk şəhərində imzalanmış sənədlər haqqında sərəncam imzalayıb, AzərTAc dövlət agentliyi məlumat yayıb.
Sərəncamda Azərbaycan və Belarus arasında 2009-cu il noyabrın 12-də Minsk şəhərində imzalanmış sənədlər təsdiq edilib.
Bura Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Belarus Respublikasının Dövlət Təhlükəsizlik Komitəsi arasında məxfi informasiyanın mühafizəsinin təmin edilməsində qarşılıqlı əlaqəyə dair Saziş, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Belarus Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq üzrə Sazişin 2010-2011-ci illərdə həyata keçirilməsi barədə Protokol,  Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Belarus Respublikasının Dövlət Sərhəd Komitəsi arasında əməkdaşlığa dair Saziş, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Belarus Respublikasının Ədliyyə Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş, Azərbaycan Respublikasının Şəki rayonu və Belarus Respublikasının Minsk vilayətinin Slutsk rayonu arasında əməkdaşlıq haqqında Saziş daxildir.
Sərəncamda Nazirlər Kabinetinə tapşırılıb ki, bu Sərəncamın 1.1-1.6-cı bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılıb ki, bu Sərəncamın 1.1-1.6-cı bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Belarus Respublikası tərəfini xəbərdar etsin.

Xəbər lenti

Xəbər lenti