...

Gürcüstanın xarici işlər naziri Portuqaliyada ilk işgüzar səfərdədir

Siyasət Materials 15 Fevral 2010 14:11 (UTC +04:00)
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Portuqaliyaya ilk işgüzar səfər edib. Səfər çərçivəsində Portuqaliya Parlamentinin sədri Jayme Qamma, dövlət naziri və xarici işlər naziri Luiş Filippe Markes Amado, Avropa işləri üzrə dövlət katibi Pedro Lurt ilə görüşlər keçirilib.
Gürcüstanın xarici işlər naziri Portuqaliyada ilk işgüzar səfərdədir

Gürcüstan, Tbilisi, 15 fevral / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Portuqaliyaya ilk işgüzar səfər edib. Səfər çərçivəsində Portuqaliya Parlamentinin sədri Jayme Qamma, dövlət naziri və xarici işlər naziri Luiş Filippe Markes Amado, Avropa işləri üzrə dövlət katibi Pedro Lurt ilə görüşlər keçirilib. Bu barədə Trend -a Gürcüstan XİN-in İnformasiya və Mətbuat Departamentindən məlumat verilib.

Portuqaliyanın xarici işlər naziri ilə görüş zamanı həmsöhbətlər ikitərəfli münasibətlərin genişləndirilməsi perspektivlərini müzakirə ediblər, müqavilə-hüquq bazasının, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildiriblər.

Gürscüstan-Portuqaliya siyasi məsləhətləşmələrinin aparılmasının və yüksək səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub. Həmçinin Gürcüstanda baş verən cari siyasi proseslər, ölkənin işğal edilmiş ərazilərində vəziyyət, münaqişə zonasında insan hüquqlarının pozulması və adam oğurluğu faktları, eləcə də vəziyyətin nizamlanması baxımından Avropa İttifaqının müşahidə missiyasının və Cenevrə danışıqları prosesinin əhəmiyyəti müzakirə edilib, Aİ və NATO arasında aktual əməkdaşlıq məsələlərinə də toxunulub.

İki ölkənin xarici işlər nazirinin görüşündən sonra Vaşadzenin şərəfinə işgüzar nahar verilib.

Vaşadzenin səfəri ilə yanaşı, iki ölkənin XİN departamentləri direktorları səviyyəsində Gürscüstan-Portuqaliya siyasi məsləhətləşmələri keçirilib. Məsləhətləşmələr zamanı Portuqaliya tərəfinə Gürcüstan və Avropa İttifaqı, NATO və digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, ikitərəfli siyasi məsləhətləşmələr gələcəkdə də davam etdirilərək müntəzəm xarakter alacaq.

Xəbər lenti

Xəbər lenti