...

Qazaxıstanın ATƏT-dəki sədrliyi problemlərin həlli üçün ümumi tarixə əsaslanır

Siyasət Materials 15 Fevral 2010 12:56 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikasının xarici işlər naziri Saudabayev xüsusi olaraq Trend News üçün
Qazaxıstanın ATƏT-dəki sədrliyi problemlərin həlli üçün ümumi tarixə əsaslanır

ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikasının xarici işlər naziri Saudabayev xüsusi olaraq Trend üçün

Mənim ATƏT-in fəaliyyətdə olan sədri kimi Cənubi Qafqaza, təşkilatın səyyar missiyasının olduğu regiona ilk səfərimdir. Biz bu regiona və regionda yerləşən ölkələrin qarşılaşdığı bir sıra çətin problemlərin həllində beynəlxalq köməyə müstəsna əhəmiyyət veririk.

Qazaxıstan postsovet məkanında ATƏT-ə sədr seçilmiş ilk ölkədir və biz xalqlarımızın tarixi yaxınlığı və mentalitetinin bənzərliyindən, dövlət başçıları Nursultan Nazarbayev və İlham Əliyev arasında xoş və etibarlı münasibətlərdən "uzun sürən münaqişə"nin sülh yolu ilə həllində mümkün irəliləyişə nail olmaq üçün istifadə etməyə çalışırıq. Bu məsələnin fövqəladə prioritetliyi bizim ATƏT sədrliyimizdə iki həftə əvvəl mənim BMT Təhlükəsizlik Şurasındakı çıxışım zamanı xüsusi vurğulanıb və bu mövqe həmin təşkilatın üzvləri tərəfindən tam dəstəklənib.

Biz bu çətin prosesdə fəaliyyət göstərən bütün tərəflərin işinə əlavə impuls verəcəyimizə ümid edirik.

Mənim fevralın 14-17-də Cənubi Qafqaza səfərimin məqsədi məhz bununla bağlıdır. Bakı mənim marşrutumda ilk məntəqədir. Ümüd edirəm ki, İlham Əliyevlə qarşıdakı görüşüm, həmçinin azərbaycanlı həmkarımla danışıqlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in səylərinə stimul verəcək.

Biz əminik ki, bu problemin qarşılıqlı anlaşma əsasında sülh yolu ilə həllinə münaqişə tərəfləri arasında alternativ yoxdur. Bu prosesə cəlb edilmiş, burada davamlı sülh və stabilliyə bacardığı töhfəni vermək istəyən hər bir kəs köməkçidir.

Bununla bağlı olaraq mən, ATƏT-in Minsk Qrupunun həmsədrlərini tamamilə dəstəkləyirəm və etibarın möhkəmlənməsi üzrə öz şəxsi nümayəndəm səfir Anjey Kaspşikə lazımi iş verirəm.

Lakin yerlərdəki insidentlər narahatlığa səbəb olur. Bu məqsədlə uzunsürən münaqişələrin monitorinq əlamətlərinin potensial inkişafı, həmçinin ATƏT çərçivəsində siyasi məsləhətləşmələrin preventiv mexanizmlərinin istifadəsi Qazaxıstanın təşkilata sədrliyi zamanı əsas vasitə olacaq. Eyni zamand,a biz sülh yolu ilə nizamlanmaya dair müsbət addımlara və tendensiyalara hərtərəfli yardım edəcəyik.

Bununla əlaqədar olaraq, Azərbaycan və Ermənistan xalqları arasında səbrin, etibar və qarşılıqlı anlaşmanın möhkəmlənməsini vacib hesab edirik. Qazaxıstan, millətlərarası həmrəyliyə dəstək və mədəniyyətlərarası dialoqun təmin edilməsi sahəsində zəngin təcrübəyə malik bir ölkə kimi bütün maraqlanan tərəflərin əməkdaşlığındakı prosesə öz töhfəsini verməyə hazırdır.

Təhlükəsiz, daha stabil və sağlam bir regionun yaradılması ancaq ATƏT məkanında bütün dövlətlər arasında açıq dialoq, ilk növbədə, bizim dövlətlərin ictimai dialoqu ilə mümkündür. Bu cür daxili dialoq Azərbaycanın apardığı demokratik islahatların qaçılmaz elementidir. ATƏT bunda Azərbaycana dəstək göstərməyə hazırdır və mən, fəaliyyətə başladığı 2000-ci ildən Azərbaycan hökuməti ilə uğurla əməkdaşlıq edən ATƏT-in Bakı ofisinin xüsusi rolunu xatirlatmaq istətəyərdim.

Mən inanıram ki, Azərbaycan ATƏT-in institutları ilə, o cümlədən KİV azadlığına dair Nümayəndəlik, həmçinin Demokratik İnstitutlar və İnsan Hüquqlarına dair Büro, ölkədə KİV üçün hüquqi sahənin təkmilləşdirilməsi məsələlərinə dair Büro, həmçinin 2008-ci ildə keçirilmiş prezident seçkilərindəki proqresə əsaslanan noyabrdakı parlament seçkilərinə nəzarətin əlaqələndirilməsi məsələləri üzrə qarşılıqlı fəaliyyətini davam etdirəcək.

Biz Azərbaycanın və Cənubi Qafqazın ATƏT məkanında təhlükəsizlik və stabillik məsələlərində əhəmiyyətli olduğunu etiraf edirik. Bu kontekstdə biz ATƏT-də Azərbaycan hökuməti ilə məhsuldar əməkdaşlığa, onun effektivliyinin və tələbkarlığının artmasına ümüd edirik. Həmçinin ATƏT-in üzv dövlətlərinin bütün üç fəaliyyət istiqaməti üzrə dialoq predmeti olan Korf prosesinin inkişafı da vacibdir.

Qazaxıstan, ölkəmizin ATƏT-ə sədrliyini daim dəstəklədiyi üçün, xüsusən də 2010-cu ildə sammitin keçirilməsi üzrə Prezident Nursultan Nazarbayevin təşəbbüsünün həyata keçirilməsindəki iştirakına görə Azərbaycana minnətdardır. Və dost Azərbaycanla təhlükəsizlik və ölkələrimizin çiçəklənməsi adından gələcək səmərəli əməkdaşlığımıza ümid edirəm.

Qazaxıstan Respublikasının xarici işlər naziri, dövlət katibi Kanat Saudabayev ATƏT-in fəaliyyətdə olan sədridir.

Xəbər lenti

Xəbər lenti