...

Prezident İlham Əliyev Üzeyir Hacibəylinin 125 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 24 Fevral 2010 03:40 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Üzeyir Hacibəylinin 125 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Üzeyir Hacibəylinin 125 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Üzeyir Hacibəylinin 125 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"2010-cu ilin sentyabr ayında dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur", - sərəncamda deyilir.

Azərbaycan mədəniyyətinin inkişafı naminə misilsiz töhfələr verərək müstəsna xidmətlər göstərmiş Üzeyir Hacıbəylinin 125 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasına, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla, yubileyə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti