...

İlham Əliyev Çili Prezidentinə başsağlığı verib

Siyasət Materials 1 Mart 2010 15:01 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi, Çili Prezidenti xanım Mişel Baçelet Xeriyaya ölkədə baş vermiş dəhşətli zəlzələnin doğurduğu çoxsaylı insan tələfatı və dağıntılarla bağlı başsağlığı verib.
İlham Əliyev Çili Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi, Çili Prezidenti xanım Mişel Baçelet Xeriyaya ölkədə baş vermiş dəhşətli zəlzələnin doğurduğu çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Çili xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm", - məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti